İranın İqtisadi Koordinasiya Ali Şurasının katibi Möhsin Rezai, BƏƏ-nin İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında suverenlik mübahisəsi olan üç ada ilə bağlı tezislərini dəstəkləyən bəyanatı imzalayan Rusiyaya reaksiya verib.
NOCOMMENT.az xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun keçmiş komandirlərindən olan Rizai bu barədə sosial mediada yazıb.
Rızai mesajında bu ifadələrə yer verib:
“Biz dəfələrlə bəyan etmişik ki, üç ada ilə bağlı danışıqlardan söhbət gedə bilməz. Birləşmiş Ərəb Əmirliklərinin bu məsələ ilə bağlı həddindən artıq tələbləri onların marağında deyil və nəticələri olacaq.
Rusiyanın İranın ərazi bütövlüyü ilə bağlı qeyri-dost müdaxilələri bir daha təkrarlanmamalıdır. 3 ada Krım yarımadası deyil”