İrandan saxtakarlıq – Azərbaycanın abidəsini özününküləşdirirbackend

İrandan saxtakarlıq – Azərbaycanın abidəsini özününküləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran saxtakarlıqla Azərbaycanın tarixi memarlıq abidəsini özününküləşdirir.

NOCOMMENT.az xəbər verir ki, “Ermənistanda yaşayan iranlılar” Teleqram kanalı İrəvanda yerləşən Azərbaycanın tarixi memarlıq abidəsi haqqında yazıb: “İrəvanın Göy Məscidi İranın incəsənət abidəsidir”.

Qeyd edək ki, Göy məscid İrəvanda azərbaycanlılara məxsus tarixi məsciddir. Belə ki, bu məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Çar Rusiyası dövründə İrəvanda azərbaycanıların ibadət etdikləri 8 məsciddən biri idi.

Bununla yanaşı, ermənilər artıq illərdir ki, Azərbaycanın tarixi memarlıq abidəsini İranın mədəniyyət nümunəsi “fars məscidi” kimi qələmə verirlər.