İranı işğal etmək üçün kamikadze qruplar yaradıldıbackend

İranı işğal etmək üçün kamikadze qruplar yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın qərbində yerləşən Fərəh, Herat və Nimruz əyalətlərində İranı işğal etmək üçün silahlı qruplaşmalar yaradılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Əfqanıstan mənbələrinə istinadən Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CISA) eksperti Serenko məlumat verib.

Onun sözlərinə görə, hazırda Əfqanıstanın üç qərb əyalətində əsasən cihadçı Ceyş-əl-Ədl qruplaşmasının tərəfdarı kimi tanınan 5 minə qədər yaraqlı var. Layihənin” məqsədi “Tehranı Rusiya və Hizbullahı dəstəkləməkdən yayındırmaqdır.

Ekspert yazır: “İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətinin ərazisini işğal etməyə hazırlaşan cihadçı qruplar İslam Respublikasının daxili siyasi problemlərini dərinləşdirməlidirlər”.