İranı yenidən etirazlar bürüdübackend

İranı yenidən etirazlar bürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yenidən etiraz aksiyalarına başlanılıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, paytaxt Tehran və digər şəhərlərdə geniş etiraz aksiyaları keçirilib.

Etiraz aksiyaları ötən ilin sentyabrında nümayişlərdə iştirak etmiş Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsinin 40-cı günü ilə əlaqədar təşkil edilib.

Məlumata görə, Tehranda, Xuzistan əyalətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində keçirilən aksiyalarda molla rejiminin əleyhinə şüarlar səsləndirilib.