İranın 5-ci kolonu niyə aktivləşib?backend

İranın 5-ci kolonu niyə aktivləşib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanda İranın ideoloji silahının təsirində olanlar yenidən aktivləşib. Bəs bu aktivləşmənin səbəbi nədir?

NOCOMMENT xəbər verir ki, sualları cavablandıran sabiq deputat, politoloq Cümşüd Nuriyev demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda İranın “5-ci kolon”un güclənməsinin bir neçə səbəbi var: “Əlbəttə ki, əsas səbəbi bunu Rusiyada alınan sifarişdə görürəm. Ümumiyyətlə, Ermənistanla bağlı İranın maraqları təmin olunmadığına görə, İran ideoloji silahdan istifadə etməyə çalışır. Bununla bağlı həm dini müstəvidə, həm də informasiya müstəvisində işlər aparırlar. Dindən xəbəri olan adamlar bilir ki, yer üzündə Allahın vəkili yoxdur. Allah haqqında hansısa bir fikir söylənilirsə, pis və yaxşı o həmin insanların dinlə bağlı düşüncələridir.

Amma bir dəstə qadını metro stansiyasına salıb, hamısını eyni geyindirib və Azərbaycan üzərinə şər atmaq üçün qadınlardan istifadə etmək taktikası İrana məxsus olan bir şeydir. Yəni Azərbaycana uzanan “qara əllər” artıq Azərbaycana qarşı qarğa qırıldamağı kimi bir şeydir. Ümumiyyətlə, Azərbaycanda heç kim Allahı təhqir etmir. Maraqlısı odur ki, belə şey necə olur ki, ancaq bu, İranın agentlərinə rast gəlinir?”.

Politoloq hesab edir ki, bu məsələdə İranın Ermənistanla bağlı olan iqtisadi maraqları da var: “Hazırda həm Rusiya, həm Avropa İttifaqı Qarabağda nəqliyyat dəhlizinin açılmasını istəyir. Lakin bu, İranın maraqlarına ziddir. Çünki nə qədər işğal olunmuş ərazilər var idi İranın böyük miqdarda narkotiklərini bu ərazilərdən keçirirdi. Bu gün də Azərbaycan dövləti İrandan Azərbaycan ərazisinə keçirilən narkotik vasitələrlə bağlı çox ciddi problemlərlə üzləşib. Yəni, son bu aylar ərzində Azərbaycanda artıq həm Daxili İşlər Nazirliyi, həm Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti kifayət qədər Azərbaycanda narkotiklə çox ciddi mübarizəyə başlayıb. Buna belə deyək ki, narkotikə qarşı müharibə elan edib.

Və istər-istəməz İranın müəyyən qüvvələrinin narkotikə qurşatmaq, gələcək genofondumuzu məhv etmək, bunların fonunda da böyük miqdarda pul qazanmaq layihəsi pozulub. Bu da İranın bəzi qüvvələrini narahat edir. Ona görə də, İranın Azərbaycana qarşı olan təxribatları artıb”.

“Təəssüf ki, Azərbaycanda öz vicdanını icarəyə verən “5-ci kolon üzvləri də var. Bunlar dini müstəvidə ağıllarına gələni danışırlar. İranın “5-ci kolonu”nun nümayəndələri Azərbaycanda dini müstəvidə bir şeylər adı altında Azərbaycana dövlət çevrililişi etmək və sırf şəriət dövləti qurmaq istəyirlər.

Yəni bunlar çox ciddi məsələlərdir. Azərbaycan dövləti də, Azərbaycan mediası da bu işlə məşğul olur. Bütün hallarda İran yenə də həmişə olduğu kimi Azərbaycana qarşı dövlət səviyyəsində öz əvvəlki belə yumşaq desək qısqanclıq iddialarında əl çəkə bilmir. Hələ də Azərbaycanın 44 günlük qələbəsini içinə sindirə bilmir. Bu, iranın problemidir, Azərbaycanın İranla bağlı hər hansı problemi yoxdur. İran Azərbaycanla problem yaratmaq istəyirsə, bu da alınmayacaq və bunu da dərk etməlidir. Görünən həqiqət odur ki, İranda hakimiyyətdə olan müəyyən qüvvələr İran-Azərbaycan münasibətlərini korlamaqla məşğuldurlar. Çünki burada onların öz iqtisadi maraqları var və bunların təmin olunmasını istəyirlər”.