İranın ABŞ-a qarşı açdığı məhkəmə işində qərar çıxarıldıbackend

İranın ABŞ-a qarşı açdığı məhkəmə işində qərar çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Ədalət Məhkəməsi Tehran administrasiyasının İran Mərkəzi Bankına məxsus aktivlərin dondurulması ilə bağlı ABŞ-a qarşı qaldırdığı iddiada qərarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, İranın ABŞ-a qarşı açdığı “Bəzi İran Aktivləri” iddiasında İran Mərkəzi Bankına aid təxminən 2 milyard dollarlıq dondurulmuş aktivlərin sərbəst buraxılması tələbi rədd edilib.

ABŞ-ın Məhkəmənin yurisdiksiyası ilə bağlı etdiyi etirazın qəbul edildiyi bildirilən qərarda, İranın işdə əsası olan iki ölkə arasında 1955-ci ildə imzalanan “Dostluq, İqtisadi Əlaqələr və Konsulluq Qanunu” müqaviləsinin Mərkəzi Bankların aktivlərinin qorunmasını təmin etmədiyi qərara alınıb.

NOCOMMENT.AZ