İranın bu addımı təsdiqlənsə ABŞ sərt reaksiya verəcəkbackend

İranın bu addımı təsdiqlənsə ABŞ sərt reaksiya verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrana Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, “Reuters”in məlumatına görə, ABŞ hökuməti məsələ təsdiqlənəcəyi halda beynəlxalq ictimaiyyətin Tehrana qarşı sürətli və sərt reaksiyasının olacağını bildirib.

Lakin hələlik Vaşinqton İranın Rusiyaya ballistik raketlər verdiyini təsdiq edə bilməyib.

Qeyd edək ki, ötən gün yayılan məlumata görə, İran Rusiyaya içində “Fateh-110”un da olduğu 400-ə yaxın ballistik raket göndərib.