İranın Bəndər Abbas şəhərində (red. Hörmüzqan vilayəti) Fars körfəzi sahillərində beynəlxalq narkotik qaçaqmalçılığı mafiya şəbəkəsinin lideri saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fars əyalətinin sərhəd qoşunlarının komandanı Bahador İsmaili bildirib.
Qeyd olunur ki, mafiya şəbəkəsinin lideri ad gününü qeyd edərkən saxlanılıb.
Həbs zamanı onun avtomobili, habelə qaçaqmalçılıq fəaliyyətində istifadə etdiyi bir neçə mobil telefon və bank kartları müsadirə edilib.