İranın daha bir əyalət mollası Azərbaycanı “nankorluq”da ittiham etdibackend

İranın daha bir əyalət mollası Azərbaycanı “nankorluq”da ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın daha bir əyalət mollası Azərbaycanı “nankorluq”da ittiham edib.

NOCOMMENT.az İran mediasına istinadla xəbər verir ki, 29 oktyabrda İranın bütün şəhərlərində keçirilən cümə namazı mərasimlərindəki çıxışların hamısının əsas mövzusu oktyabrın 26-da iran boyu yanacaq doldurma məntəqələrinə edilən kiber hücumla bağlı olub.

Zəngan əyalətinin “Abbər” şəhərinin cümə imamı molla Mehdi Mənsuri öz çıxışında kiber hücumdan məqsədin ölkə daxilində gərginlik yaratmaq olduğunu deyib.

Mənsuri əlaqəsiz fikirlər səsləndirərək Livan hadisələrindən Azərbaycan Respublikasına keçid edib və əsassız iddialar səsləndirib.

Cümə imamı səsləndirdiyi fikirlərdə İranın Azərbaycana etdiyi yardımların unudulduğunu, Azərbaycan dövlətinin nankorluq etdiyini iddia edib.

“Azərbaycan hakimiyyəti duz yeyib duz qabı sındırmamalıdır. Onlar kimlərin keçmişdə onlara yardım etdiyini unutmamalıdırlar”,- deyə axund Mənsuri bildirib.

konkret.az