Yəmən husiləri zədələnmiş Sounion tankerinin çəkilməsinə icazə vermək üçün Qırmızı dənizdə müvəqqəti atəşkəsə razılaşıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
“Humanitar və ekoloji mülahizələri nəzərə alaraq, “Ənsar Allah” (atəşin müvəqqəti olaraq dayandırılması. – RT) tələbi ilə razılaşıb”, – TASS İran tərəfinin bəyanatından sitat gətirir.
Daha əvvəl məlum olmuşdu ki, husilər Qəzzada döyüşlər başlayandan bəri İsraillə əlaqəli 182 dəniz gəmisinə hücum ediblər.