İranın Dünya Çempionatında məğlubiyyətinə sevinən gənc öldürüldübackend

İranın Dünya Çempionatında məğlubiyyətinə sevinən gənc öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 22 yaşlı Məhsa Əmininin qətli ilə başlayan etirazlar davam edərkən ölkədə yeni bir gərginlik yaranıb.

NOCOMMENT.az xəbər verir ki, DÇ-2022-də ABŞ-a məğlub olan İranın məğlubiyyətinə sevinən 27 yaşlı yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Noyabrın 29-da ABŞ-a 1:0 hesabı ilə məğlub olan İran DÇ-2022 ilə vidalaşıb. Məğlubiyyətdən sonra bəzi iranlılar kədərlənsə də, bəziləri isə sevinib, Qətər və İranda hökumət əleyhinə nümayişlər keçirilib.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 27 yaşlı Mehran Samak Tehranın şimal-qərbində Xəzər dənizi sahilində yerləşən Bəndər Ənzəli şəhərində İranın məğlubiyyətindən sonra avtomobilinin siqnalını çaldığı üçün güllələnib.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu Samakın “milli komandanın ABŞ-a qarşı məğlubiyyətindən sonra təhlükəsizlik qüvvələri tərəfindən birbaşa hədəfə alınaraq başından vurulduğunu bildirib.

ABŞ oyununda oynayan Saeid Ezatolahi də Samakı tanıdığını açıqlayıb və birlikdə çəkilmiş fotosunu paylaşıb.

Samakın uşaqlıqda komanda yoldaşı olduğunu bildirən Ezatolahi İnstaqramda “Dünən gecəki ağrılı itkimizdən sonra vəfat xəbərin ürəyimi yandırdı” deyib.

Dostunun necə öldüyü ilə bağlı açıqlama verməyən Ezatolahi “Bir gün maskalar düşəcək və həqiqət üzə çıxacaq” deyib.

 

Jalə Bədirova

NOCOMMENT.az