İranın Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən açıldıbackend

İranın Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanı arasında əldə olunan normallaşma razılaşması çərçivəsində İranın Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən fəaliyyətə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, mərasimdə İran Xarici İşlər Nazirliyinin konsulluq işləri üzrə müavini Əli Rza Beqdeli və İranın Ciddədəki müvəqqəti nümayəndəsi Həsən Zərnağari iştirak ediblər.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi dünən Ər-Riyaddakı səfirliyin bu gün yenidən açılacağını açıqlayıb.

Nazirliyin sözçüsü Nasser Kenani də Ciddədəki konsulluğun və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) daimi nümayəndəliyinin çərşənbə axşamı və çərşənbə günləri rəsmi olaraq açılacağını açıqlayıb.

NOCOMMENT.AZ