İranın hücum planlarının qarşısını aldıq – İsveç polisibackend

İranın hücum planlarının qarşısını aldıq – İsveç polisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İsveçin Əks kəşfiyyat Polisi İdarəsinin rəisi Daniel Stenlinq ölkə ərazisində İran hökumətinin hücum planlarının müəyyən edilərək zərərsizləşdirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, İsveçdə yəhudilərə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunan iranlı cütlüyün deportasiya edilməsindən bir neçə gün sonra İran hökuməti yenidən fiziki hücumlar həyata keçirməyi planlaşdırıb.

Qeyd olunub ki, Daniel Stenlinq İran hökumətini ən böyük kəşfiyyat təhdidlərindən biri adlandırıb və Tehran rejimi tərəfindən İsveçdə təhlükəli fəaliyyətlər həyata keçirildiyini bildirib.