İranın hücum təhlükəsi – İsrail ehtiyatda olan qüvvələrini çağırıbbackend

İranın hücum təhlükəsi – İsrail ehtiyatda olan qüvvələrini çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyatda olan qüvvələrini çağırıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, mövcud vəziyyət qiymətləndirildikdən sonra şəxsi heyəti artırmaq və hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ehtiyat qüvvələri cəlb etmək qərarına gəlinib.

KİV-ləri BŞ kəşfiyyatına istinadla yazıb ki, İran Livan və Suriyadakı konsulluq binasına hücuma cavab olaraq, 48 saat ərzində İsrailə cavab zərbələri endirəcək. Kəşfiyyat İranın ilk hücumda İsrailə zərbə endirmək üçün yüzlərlə dron və raketdən istifadə edəcəyini bildirib.

Hazırda İran ordusunun hərbi əməliyyatlara hazırlaşdığı da verilən məlumatlar arasındadır.