İranın İrəvandakı səfiri narahatlığını bildiribbackend

İranın İrəvandakı səfiri narahatlığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Yerevandakı səfiri Abbas Bədəxşan Zühuri sentyabrın 22-də Ermənistan Təhlkəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə iki ölkəni birləşdirən infrastrukturdan istifadədə yaranmış problemlərdən narahat olduğunu bildirib.

Armeni Qriqoryan deyib ki, Ermənsitan bu məsələnin iranlı həmkarlar üçün həssas bir məsələ olduğunu başa düşür.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Yerevan habelə bu məsələnin mümkün qədər tez həll olunmasında maraqlıdır.

NOCOMMENT xəbər verir ki, Azadlıq Radiosunun erməni xidməti – Azatutyun yazır ki, 10 gün bundan əvvəl Azərbaycan hərbi qüvvələri Gorus-Qafan avtomobil yolunub Vorotan sahəsində post quraraq İran maşınlarının saxlanmasına və sənədlərin yoxlanmasına başlayıb.

İran sürücüləri Azərbaycan postunda onlardan gömrük haqqının ödənməsinin tələb olunduğunu deyiblər. İranlı sürücülərdən ikisi Azərbaycan tərəfindən saxlanıb.

İranın Bakıdakı səfiri indiyədək iki dəfə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Ötən həftənin sonunda İranın Xarici İşlər Nazirliyi saxlanmış sürücülərin azad olunmasını və bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ilə görüş istədiyini bildirmişdi.

Sentyabrın 18-də Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Andranik Koçaryan demişdi ki, Azərbaycanın hərəkətləri İrana yönəlib və buna görə də Bakı və Tehran bu fəaliyyətlərin qanuni-qanunsuz olması barədə nəticəyə gəlməlidirlər.