İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşağın ölmədiyi məlum olub – YENİLƏNİBbackend

İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşağın ölmədiyi məlum olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı ilkin məlumat düzgün deyil, uşaq ağır vəziyyətdədir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu TASS-a İsrailin Rusiyadakı səfiri Simona Qalperin bildirib.

Səfir informasiyanı dəqiqləşdirdiklərini söyləyib: “Uşaq ölməyib, hazırda ağır vəziyyətdədir”.

Qeyd edək ki, bundan öncə Simona Qalperin TASS-a İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşağın öldüyünü bildirmişdi.

***

saat 13:02

Ötən gecə İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşaq ölüb.

APA-nın xəbərinə görə, bunu TASS-a İsrailin Rusiyadakı səfiri Simona Qalperin bildirib.

Səfir deyib ki, yaralanan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Simona Qalperin İranın pilotsuz uçuş aparatları və raketlərlə hücumu nəticəsində ölkənin cənubunda Hərbi Hava Qüvvələrinin bazasına cüzi zərər dəydiyini də bildirib.