“İranın paytaxtının Tehrandan köçürülməsi olduqca mümkündür”.
NOCOMMENT.az xəbər verir ki, bunu İran Məclisinin (birpalatalı parlament) daxili siyasət komitəsinin üzvü Seyid Ruhullah Musəvi deyib.
“Paytaxtın köçürülməsi prosesi kifayət qədər əmək tələb edir, mürəkkəb prossesdir və böyük vəsait tələb edir. Lakin köçmək üçün müvafiq ərazi hazırlansa, bu, mümkün ola bilər”, – deyə o qeyd edib.
Qeyd edək ki, sentyabrın 7-də İran prezidenti Məsud Pezeşkian İranın paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib. Dövlət başçısı qeyd edib ki, Tehran hazırda başqa yolla həlli mümkün olmayan problemlərlə üzləşib.