“İranın paytaxtı dəyişdirilməlidir” – Prezidentbackend

“İranın paytaxtı dəyişdirilməlidir” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıdıcı zəlzələ riskinin gündəmdə olduğu İranın paytaxtı Tehranla bağlı problemlər yenidən mübahisələrə səbəb olub.

 

NOCOMMENT.az xarici mediaya xəbər verir ki, mübahisələrə qoşulan İranın Prezidenti Məsud Pezeşkian problemlərin həlli üçün paytaxtı köçürməkdən başqa çarələrinin olmadığını söyləyib. Pezeşkian deyib ki, Tehranın problemləri həddən artıq çoxdur və bu səbəbdən paytaxtın başqa yerə köçürülməsi lazımdır. Prezident vurğulayıb ki, Tehranı davamlı inkişaf etdirmək planları mənasızdır.

 

“Tehran su qıtlığı, hava çirkliliyi və zəlzələ riski kimi problemlərlə mübarizə aparır. Bu problemlərə həll tapa bilmirik. Ən yaxşısı paytaxtı köçürməkdir. İnsanlara Tehrandan köçün deyə bilmərik, ona görə də hökumət özü getməlidir və insanlar da onun ardınca gedəcək”, – deyən İran lideri, paytaxtın dənizə yaxın əraziyə köçürülməsinin yaxşı bir fikir olduğunu bildirib.

 

Pezeşkianın açıqlaması İranda mübahisə yaradıb. 1990-cı illərdə Tehranın meri olmuş Qulamhüseyn Kərbasçı ölkədə Tehranı əvəz edə biləcək şəhərin olmadığını və əvvəllər paytaxtı köçürən ölkələrin həmişə pul itirdiyini bildirib.

 

Tehranın ətraf rayonlarla birlikdə 17 milyondan çox əhalisi var və o, Qahirədən sonra Yaxın Şərqin ən sıx məskunlaşma olan şəhəridir və 1786-cı ildən İranın paytaxtıdır. Mütəxəssislər şəhərin güclü zəlzələ təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edirlər.