İranın qətlini sifariş verdiyi şəxsin kimliyi AÇIQLANDIbackend

İranın qətlini sifariş verdiyi şəxsin kimliyi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan “Əl-Qüds”ün uğursuz sui-qəsdilə bağlı detalları məlum olub.

NOCOMMENT.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu, israilli iş adamı, Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşedir.

Bundan əlavə, iş adamı haqqında məlumat toplamaq üçün Tbilisiyə gələn Pakistandan olan bir qrup muzdlu qatilin “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir.

İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırdığı barədə Gürcüstan tərəfini məlumatlandırıb.

İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib:

“Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir”.

Xatırladaq ki, dünən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlayıb.