İranın qonşu ölkələrlə ticarəti – 61 milyard dollarbackend

İranın qonşu ölkələrlə ticarəti – 61 milyard dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ötən il 15 qonşu ölkə ilə 61 milyard dollarlıq ticarəti olub.

NOCOMMENT.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, İran Gömrük Baş İdarəsinin rəisi Məhəmməd Rizvanifər deyib:

“2023-cü ildə İranın 15 qonşu ölkə ilə ticarət həcmi 1,35% artaraq 60 milyard 773 milyon dollara çatıb”.

Onun sözlərinə görə, həmin dövrdə İranın İraq, Türkiyə, Azərbaycan, Türkmənistan, Ermənistan, Küveyt, Qətər və Səudiyyə Ərəbistanına ixracı dəyər baxımından azalıb, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Əfqanıstan, Oman, Rusiya, Qazaxıstan və Bəhreynə isə artıb.