İranın qorxduğu başına gəldi: Təbrizdə etiraz – “Güney Azərbaycan İran deyil”backend

İranın qorxduğu başına gəldi: Təbrizdə etiraz – “Güney Azərbaycan İran deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Təbriz şəhəri boyunca divarlarda qrafitilər yazılıb: “Güney Azərbaycan İran deyil”.

NOCOMMENT.az xəbər verir ki, Güney Azərbaycanın milli fəalları oktyabrın 24-də Təbriz şəhəri boyunca genişmiqyaslı aksiya keçiriblər. Onlar qrafiti və divar yazıları ilə Güney Azərbaycanın fars və İran irqçiliyinin boyunduruğundan müstəqil olmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bundan əvvəl də sözügedən yazı azərbaycanlı ictimai şəbəkə istifadəçiləri tərəfindən geniş yayılmışdı. İran nə qədər çalışsa da azərbaycanlıları farslaşdıra bilmir, öldürməklə, zindanlara doldurmaqla da səyləri boşa çıxır. Güney Azərbaycan müstəqillik istəyir.
konkret.az