İranın Rusiyaya ixracı 57% artdıbackend

İranın Rusiyaya ixracı 57% artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib ki, bu da çəki və dəyər baxımından əvvəlki illə müqayisədə 25% və 57% çoxdur.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Rusiya bu dövr üçün İranın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında 10-cu yerdə qərarlaşıb. 68,49 milyon dollar dəyərində turboreaktiv və ya turbovintli mühərriklərin komponentləri və hissələri, 57,76 milyon dollar dəyərində krevet, 51,74 milyon dollar dəyərində kivi, 44,1 milyon dollar dəyərində püstə, 34,07 milyon dollar dəyərində isə bibər və yerbibəri ixrac edilib”, – məlumatda deyilir.