İranın səfirliklərə hücum “ənənəsi” varbackend

İranın səfirliklərə hücum “ənənəsi” var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 27-i səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Amerikada yaşayan güneyli sosioloq və mədəni fəal Ramin Cabbarlı açıqlama verib.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, o, səfirliklərə hücumun İran rejiminin xarici ölkələrə etiraz və təzyiq metodu olduğunu deyib.

“Hələ 1979-cu il islam inqilabından bir neçə ay sonra ABŞ Məhəmməd Rza şahı İrana geri vermədiyi üçün Amerika səfirliyinə hücum edib 52 amerikalı diplomat və vətəndaşı 444 gün girov saxlamışdılar.

2011-də də nüvə məsələsi ətrafında yaşanan məsələlərin ardınca Britaniyanın Tehrandakı səfirliyinə bir qrup hücum etdi.

2016-da Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu Şeyx Nimrin edamına etiraz olaraq bir qrup tərəfindən hücuma məruz qaldı.

Son aylarda baş verən gərginliklərin ardınca Azərbaycan səfirliyinin silahlı hücuma məruz qalmasında İranın ötən nümunələrini daha qanlı şəkildə təkrar edib-etmədiyi araşdırılmalıdır”, – Ramin Cabbarlı bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.