İranın terror tərəfdaşları bölgəni məhvə doğru sürükləyir – Daniel Haqaribackend

İranın terror tərəfdaşları bölgəni məhvə doğru sürükləyir – Daniel Haqari

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanla sərhəddə gərginliyin davam etdiyi təqdirdə daha geniş eskalasiya ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari deyib. Haqari Hizbullahın artan təcavüzünün eskalasiyanı genişləndirməsi barədə danışıb.

Onun sözlərinə görə, İranın terror tərəfdaşları bölgəni məhvə doğru sürükləməyə davam edir:

“Livandakı Hizbullah terror təşkilatı İsrailə qarşı hücumlarını gücləndirir. Hizbullahın artan təcavüzü bizi daha geniş eskalasiyanın astanasına gətirir. Bu isə Livan və bütün region üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Hizbullah Livanın gələcəyini təhlükə altına qoyur. Bu və ya digər şəkildə – biz israillilərin evlərinə təhlükəsiz qayıtmasını təmin edəcəyik. İranın terror tərəfdaşları bölgəni məhvə doğru sürükləməyə davam edir”.