İranın verdiyi CƏSARƏT: İrəvan dəhlizdən imtina edirbackend

İranın verdiyi CƏSARƏT: İrəvan dəhlizdən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyi artıq neçənci dəfədir ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirməkdən açıq şəkildə boyun qaçırır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim Mülki Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Eduard Ağacanyan Zəngəzur dəhlizinin erməni tərəfi üçün qəbuledilməz olduğunu deyib.

“Ermənistan Zəngəzur dəhlizi məsələsini müzakirə etməkdən imtina edir və əvvəldən bundan imtina edib”, – deyə Ağacanyan bildirib.

Ağacanyan hətta bir az da irəli gedərək bəyan edib ki, Azərbaycan konstruktiv müzakirələrə töhfə vermir.

Görünür, İranın, xüsusilə bu ölkənin Ali dini lideri Əli Xameninin Zəngəzur dəhlizinə qarşı daha bir təhdid dolu paylaşımları, “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək” kimi açıqlamaları Ermənistan tərəfini “cəsarətləndirib”.