İranın vitse-prezidenti namizədliyini geri götürdü – SƏBƏBbackend

İranın vitse-prezidenti namizədliyini geri götürdü – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi prezident seçkisində namizədliyini geri götürdüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Haşiminin sözlərinə görə, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır. O, bəyanatının sonunda İran xalqına, onun tərəfdarlarına, seçki qərargahının üzvlərinə də təşəkkür edib.

Qeyd edək ki, İranda aparılan təbliğat-təşviqat kampaniyası başa çatıb. Bu gün ölkədə sükut günüdür. Sabah isə iranlılar ölkənin doqquzuncu prezidentini seçəcəklər. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu təşkil ediləcək.