İranla bağlı qərar VERİLDİ – ABŞ bu tarixdə BAŞLAYIR! backend

İranla bağlı qərar VERİLDİ – ABŞ bu tarixdə BAŞLAYIR! 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatları İrana qarşı bir neçə həftə davam edə biləcək hərbi əməliyyata hazırlaşır. Bu barədə Reuters agentliyinin iki amerikalı rəsmiyə istinadən yaydığı məlumatda bildirilir.

Mənbələrin məlumatına əsasən, artıq 2025-ci ilin iyununda həyata keçirilən əməliyyatdan daha mürəkkəb planlar hazırlanıb. Bu planlara görə, zərbələr yalnız İranın nüvə infrastrukturu ilə məhdudlaşmayacaq, həmçinin dövlət qurumları və güc strukturları da hədəf alına bilər. Vaşinqton Tehranın mümkün cavab addımlarını gözlədiyini də bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyini hazırkı vəziyyətdə ən yaxşı variant kimi dəyərləndirmişdi.

O, yaxın vaxtlarda respublikanın sahillərinə ikinci Amerika aviadaşıyıcısının göndəriləcəyini də açıqlayıb.

Bəs, ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşması fonunda yaxın vaxtlarda müharibənin başlanma ehtimalı nə qədər realdır və əgər başlasa, bu qarşıdurma nə qədər davam edə bilər?

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, ABŞ daxilində son illər siyasi mühitin kifayət qədər gərgin olduğu açıq görünür:

“Miqrasiya məsələsi cəmiyyətin bir hissəsi üçün təhlükəsizlik problemi kimi təqdim olunur, digər hissə isə bunu daha çox humanitar və iqtisadi kontekstdə dəyərləndirir. Bu fikir ayrılığı siyasi diskursu sərtləşdirir və seçki mübarizəsini daha da kəskinləşdirir.

Eyni zamanda, Donald Tramp ətrafında gedən hüquqi və siyasi proseslər, o cümlədən onun adı hallanan Ceffri Epşteyn işi ölkə siyasətində əlavə gərginlik yaradıb. Bu tip məsələlər təkcə fərdi məsuliyyət müstəvisində qalmır, həm də institutlara inam və siyasi legitimlik mövzusunda geniş müzakirələr doğurur. Demokratların Konqresdə üstünlük əldə etməsi və impiçment təşəbbüsləri də daxili parçalanmanın göstəricisidir”.

Azər Hüseynov qeyd edib ki, belə bir fonda xarici siyasət addımlarının motivasiyası barədə müxtəlif yanaşmalar ortaya çıxır:

“Tarix göstərir ki, ABŞ müəyyən dövrlərdə daxili təzyiqlərin artdığı mərhələlərdə xarici hərbi aktivliyi artırıb. Məsələn, İraq və Əfqanıstanda uzunmüddətli iştirakın nəticələri sonradan həm siyasi, həm də ictimai səviyyədə ciddi suallar doğurmuşdu. İlkin strateji məqsədlərlə faktiki nəticələr arasında fərq açıq şəkildə müzakirə olundu.

Əgər Vaşinqton Tehrana qarşı birbaşa hərbi addım atsa, bunun təsirləri təkcə iki ölkə ilə məhdudlaşmaz. İran regionun mərkəzi aktorlarından biridir və enerji marşrutları, xüsusilə Hörmüz boğazı üzərindən qlobal bazarlara təsir imkanına malikdir. Belə bir qarşıdurma logistikanın pozulmasına, enerji qiymətlərinin kəskin artmasına və humanitar risklərin genişlənməsinə səbəb ola bilər.

Digər tərəfdən, uzunmüddətli quru əməliyyatlarının həm maliyyə, həm insan resursu, həm də siyasi legitimlik baxımından ağır yük yaratdığı artıq təcrübə ilə sabitdir. Bu səbəbdən mümkün ssenarilərdə daha çox məhdud, texnoloji üstünlüyə əsaslanan əməliyyat modelləri müzakirə oluna bilər. Lakin genişmiqyaslı münaqişə nə ABŞ üçün, nə də region üçün sabit və davamlı nəticə vəd edir”.

Tunar
NOCOMMENT.az