İranla bağlı ŞOK! – Tramp HƏR ŞEYİ etiraf etdibackend

İranla bağlı ŞOK! – Tramp HƏR ŞEYİ etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp İranın hazırda əvvəlki dövrlə müqayisədə daha çevik mövqe nümayiş etdirdiyini bildirib. Bu barədə o, jurnalistə açıqlamasında deyib.

NOCOMMENT.az xəbər verir ki, Trampın bu barədə fikirlərini jurnalist Barak Ravid paylaşıb. ABŞ prezidenti digər açıqlamalarında da bir sıra məqamlara toxunub.

“Düşünmürəm ki, ABŞ-ın İranla danışıqları səbəbindən Benjamin Netanyahu təzyiq altındadır. O da razılaşma istəyir — yaxşı bir razılaşma”, – deyə Tramp bildirib.

O, həmçinin qeyd edib ki, İranla çox yaxşı razılaşma əldə etmək mümkündür. “Onların nə nüvə silahı, nə də raketləri olacaq. Nüvə problemi açıq-aşkar məsələdir və istənilən razılaşmanın tərkib hissəsi olmalıdır”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, ABŞ və İran arasında növbəti danışıqlar raundunun artıq gələn həftə baş tutması mümkündür.

Sara