İranla əlaqəsi olan daha 7 şəxsə qarşı SANKSİYAbackend

İranla əlaqəsi olan daha 7 şəxsə qarşı SANKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya İranla əlaqəsi olan daha 7 şəxsə sanksiya tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, Xarici işlər naziri Devid Kameron bu barədə məlumat verib. O, həmin şəxslərin aktivlərinin dondurulduğunu və onlara səyahət qadağalarının tətbiq edildiyini söyləyib.

Sanksiyalar ABŞ ilə koordinasiya əsasında verilib. Yaxın Şərqdə gərginliyin artması, eləcə də son İsrail-Həmas müharibəsi fonunda həyata keçirilib:

“Biz yeddi şəxsə və İranla əlaqəli bir təşkilata qarşı sanksiyalar tətbiq etmişik. Çünki onlar bu ölkədə insanları öldürməklə hədələyirdilər. Bu tamamilə qəbuledilməzdir və buna görə də hərəkət etməli idik. Bu sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir. İndiyədək İranla əlaqəsi olan 400 şəxsə sanksiya tətbiq etmişik. Bundan sonra da lazımi addımlar atacağıq”.