İranlı deputat Azərbaycanı hədələdi: Raketlərin gurultusu ilə yuxudan oyanacaqlarbackend

İranlı deputat Azərbaycanı hədələdi: Raketlərin gurultusu ilə yuxudan oyanacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin rəyasət heyətinin üzvü Möhsün Dehnəvi oktyabrın 7-də “Twitter” hesabında paylaşım edərək Azərbaycan hökumətini təhdid edib.

NOCOMMENT.az-ın məlumatına görə, o yazıb ki, Azərbaycan rəhbərliyi iki ölkə arasında yaranmış gərginliyi dayandırmalıdır.

“Bakı hökumətinin rəsmiləri İranın ali rəhbərinin nümayəndəsinin cümə namazı iqamə etdiyi yeri bağlamaqla təkəbbürlüyü son həddinə çatdırıblar. İ.Əliyev İsrailin pilotsuz uçan aparatlarını qucağına almaq əvəzinə yaxşısı budur ki, gərginliyi dayandırsın, yoxsa, nöqtəli raketlərin gurultusu ilə yuxudan oyanacaqlar. Bizim isə oradakı (Bakıdakı-red) səfirimiz öz vəzifəsini qətiyyətli şəkildə yerinə yetirməlidir”, – deyə İran parlamentinin rəyasət heyətinin üzvü Möhsün Dehnəvi “Twitter” də Azərbaycan əleyhinə etdiyi paylaşımında bildirib.
Konkret.az