İranlı nazir: Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırmasını yüksək qiymətləndiririkbackend

İranlı nazir: Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırmasını yüksək qiymətləndiririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran tərəfi Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırmasını yüksək qiymətləndirir”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qambiyada keçirilən 15-ci sammitində deyib.

Türkiyəli həmkarı Hakan Fidanla görüşən H. Abdullahian bildirib ki, hazırkı şəraitdə bu, son dərəcə vacib addımdır.

İranın baş diplomatı ölkəsinin İsrailə qarşı hərbi xarakterli cavab tədbirlərinə də toxunub. Onun sözlərinə görə, bu addım istənilən ölkənin özünümüdafiə hüququ kimi anlaşılmalıdır.

Hakan Fidan isə qeyd edib ki, rəsmi Tehranla regional və beynəlxalq platformalarda əməkdaşlıq ölkəsinin əsas prioritetlərindən biridir. İsrail-Fələstin münaqişəsinə toxunan Türkiyəli nazir İKT-yə üzv ölkələrin bu məsələnin nizamlanmasındakı rolunun vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ikitərəfli razılaşmaların reallaşması, müxtəlif sahələrdə əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.