İranlı nazir yenə Azərbaycanı TƏHDİD ETDİbackend

İranlı nazir yenə Azərbaycanı TƏHDİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian çərşənbə günü bildirib ki, bir sıra xarici şəxslər və rəsmi qurumların adları İran Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınacaq.

NOCOMMENT.az İran KİV-nə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, sanksiya tətbiq edilən şəxslər və qurumların “qara siyahı”sı tezliklə açıqlanacaq.

Birtərəfli sanksiyaların insan hüquqlarını pozmaq üçün müasir alətə çevrildiyini deyən Əmir Abdollahian “xaos və terror ardınca gedən bəzi ölkələr”in bu hərəkətini pisləyib, deyib ki, onlar bu yaxınlarda İranda dünyasını dəyişən gənc xanım üçün timsah göz yaşları töküblər.

İranın xarici işlər naziri qeyd edib ki, ölkəsinə qarşı bu cür sanksiyaların tətbiqi prosesində iştirak edən rəsmilər və qurumlar Xarici İşlər Nazirliyi tərəfindən “terrorçu qruplar” hesab olunacaq.

Hüseyn Əmir Abdollahian deyib ki, İran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək. Bununla o, “Zəngəzur dəhlizi”nin açılmasına qarşı olduqlarını bir daha dilə gətirməklə Azərbaycanı təhdid edib.

Nazirin sözlərinə görə, bu məqsədə çatmaq üçün İran İslam Respublikası bölgədə (Azərbaycan və Ermənistan sərhəddi yaxınlığında-red.) hərbi təlimlər keçirir.