İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayırbackend

İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, 19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək.

“Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərsiz.