İraq hökuməti Azərbaycana təşəkkür etdibackend

İraq hökuməti Azərbaycana təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov İraqın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasım əl-Araci ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Qasım əl-Araci İraq hökuməti adından terror qruplaşmalarına qoşulan ailələrin uşaqlarını repatriasiya etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.