İraq İsveç səfirindən ölkəni tərk etməsini İSTƏDİbackend

İraq İsveç səfirindən ölkəni tərk etməsini İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq hökuməti İsveçin Bağdaddakı səfirindən ölkəni tərk etməsini istəyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İNA” agentliyi məlumat yayıb.

İsveçdə “Qurani-Kərim”ə edilən hücumlar səbəbiylə Bağdad rəhbərliyi İsveç səfiri Cessika Svardstroma ölkəni tərk etməli olduğunu bildirib.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyinin müvəqqəti işlər vəkilini geri çağırmağı tapşırıb.