İraqda nazir Fidana maraqlı HƏDİYYƏbackend

İraqda nazir Fidana maraqlı HƏDİYYƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda olan Türkiyə xarici işlər naziri Hakan Fidana 120 illik Osmanlı pazı hədiyyə edilib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən açıqlama verilib.

“Hörmətli nazir, İraqa səfəri zamanı Bağdad səfirliyimizdə Türkmən Cəbhəsinin nümayəndə heyəti ilə görüşdü. İclasda İraq Türkmən Cəbhəsinin prezidenti Həsən Turan və İraqdakı Türkmən İcmasının liderləri iştirak ediblər. İclasın əvvəlində İraq Türkmən Cəbhəsinin prezidenti Həsən Turan və nazirimiz çıxış etdilər. Daha sonra görüş mətbuata qapalı şəkildə davam edib. İclasın sonunda İTF-in keçmiş prezidentlərindən biri olan və hələ də Türkmən Qardaşlar Dərnəyinin sədri vəzifəsini icra edən Faruk Abdullah Əbdürrəhman nazirimizə 120 illik Osmanlı pazını hədiyyə etdi. Faruk Əbdürrəhman nazir Fidana “120 ildir İraqda olan bu pazı vətənə dönməsi üçün sizə hədiyyə edirəm ” “, – deyə açıqlamada bildirilib.