Ərəb mənbələri İraqın qərbində ABŞ hərbçilərinin yerləşdiyi ərazidə bazar ertəsi eşidilən partlayış səslərini bildirib.
NOCOMMENT.az “RİA Novosti”yə istinadla xəbər verir ki, dekabrın 11-də İraqın Ənbar əyalətində Amerikanın Ayn əl-Əsəd hərbi bazasında partlayışlar baş verib. İnsidentin səbəbləri barədə məlumat verilmir və mümkün hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns əvvəllər İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıb və İraqın Amerika bazalarına hücumlarını dayandırmaq üçün tədbirlər görmədiyi təqdirdə ölkəni ciddi nəticələrlə hədələyib .
Oktyabrın 10-dan bəri Suriya və İraqdakı ABŞ əsgərləri 80 dəfədən çox hücuma məruz qalıb.