İraqın baş naziri Ankaradadırbackend

İraqın baş naziri Ankaradadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia Əl Sudanini rəsmi mərasimlə qarşılayıb.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğan Beştəpədə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşəcək.

Danışıqlarda terrorla mübarizə, İraqın yenidən qurulması, ticarət və enerji məsələləri müzakirə olunacaq. Eyni zamanda , iki ölkə arasında əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək.

Görüş zamanı aktual regional və qlobal problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Məlumata görə imza mərasimindən sonra prezident Ərdoğan və İraqın baş naziri Əl Sudaninin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

NOCOMMENT.AZ