İraqın baş naziri Məhəmməd əl-Sudani Yaxın Şərqdəki hazırkı vəziyyətdə Rusiya Federasiyası ilə hərəkətlərin əlaqələndirilməsini vacib sayır.
NOCOMMENT.az bildirir ki, o, bunu Bağdada səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bildirib.
İraq baş nazirinin mətbuat xidmətinin yaydığı xüsusi bəyanata görə, danışıqlar zamanı əl-Sudani “regiondakı çətin hadisələr fonunda Rusiya ilə əməkdaşlıq və koordinasiyanın vacibliyinə” işarə edib. Bununla bağlı İraq Nazirlər Kabinetinin rəhbəri “BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin bərpası və Fələstinin Qəzza zolağında müharibənin dayandırılmasına töhfə verməsinin zəruriliyinə” işarə edib.