İraqın şimalında PKK-nın 4 terrorçusu zərərsizləşdirilibbackend

İraqın şimalında PKK-nın 4 terrorçusu zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın şimalındakı Qara bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatı nəticəsində PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində PKK-nın dörd terrorçusu təsbit edilərək hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız ləngimədən davam edəcək”, – hərbi qurumun açıqlamasında qeyd olunub.