İraqın şimalında terrorçuların 16 hədəfi məhv edilibbackend

İraqın şimalında terrorçuların 16 hədəfi məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndildə 16 terror hədəfinin hava əməliyyatları ilə məhv edildiyini və çox sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada deyilir: 

“PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə; Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, 1 dekabr 2023-cü il tarixində saat 18.30-da İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilmişdir. BTÖ-nin istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət, məsul terrorçuların da olduğu düşünülən hədəflər məhv edilib”.