Noyabrın 30-da İraq sərhəd qoşunları Suriya ilə sərhədi tamamilə bağlamaq qərarına gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi İraqın birgə əməliyyat komandanlığının bəyanatına istinadən məlumat yayıb.
“…Silahlı qüvvələrin baş komandanının əmri ilə İraq-Suriya sərhədi tamamilə bağlanıb”, – nəşr qeyd edir.
Bundan əvvəl Suriya prezidenti Bəşər Əsəd müttəfiqlərinin və dostlarının köməyi ilə Ərəb Respublikasının yaraqlıları məğlub edə biləcəyini bəyan edib.