İrəvan-Ankara danışıqları aparılır?backend

İrəvan-Ankara danışıqları aparılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan və Ankara arasında heç bir danışıqlar aparılmır.

NOCOMMENT axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan deyib.

“Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan və Türkiyə arasında danışıqlar aparılmır və aparılması nəzərdə tutulmayıb”, – deyə o bildirib.

Ayvazyan qondarma erməni soyqırımının tanıdılması məsələsinin Ermənistan Xarici İşlər Nazirliyinin əsas vəzifələrindən biri olduğunu deyib.

Qeyd edək ki, erməni müxalifləri Ermənistanın Türkiyə ilə gizli danışıqlar apardığı haqda vaxtaşırı olaraq bəyanatlar verirlər.