İrəvan anlamalıdır ki, daha acınacaqlı müharibə ola bilərbackend

İrəvan anlamalıdır ki, daha acınacaqlı müharibə ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük müharibəni xatırlayaraq, ilk növbədə onun “44 gün” qalmasını arzu etmək vacibdir. İndi əsas məsələ bu rəqəmin artmamasını təmin etməkdir.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk bildirib.

Onun sözlərinə görə, regionda sabitliyin bərqərar olunması üçün noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan Üçtərəfli Bəyanata praktikada riayət edilməsi təmin olunmalıdır. Əks təqdirdə daha acınacaqlı müharibə ola bilər. Ermənistan tərəfi bunu unutmamalıdır.

“Hazırda müharibənin başa çatdığını dəfələrlə vurğulayan Bakının rəsmi mövqeyini yalnız alqışlamaq olar. Lakin belə bir sülhün əlavə təminatı üçün daha bir sənəd – Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. İstənilən halda 27 sentyabr və 10 noyabr 2020-ci il günləri artıq tarixə çevrilib və Cənubi Qafqazın daşlarında əbədi həkk olunub.

Azərbaycan müsbət mövqedədir, Rusiya təminatlara nəzarət etmək əzmindədir, Ermənistan hətta Türkiyə ilə də danışmağa hazırdır”, – deyə müsahib qeyd edib.