İrəvan Azərbaycan düşmənlərini küncə sıxışdırıb – Paşinyanın Bakıya jestinin pərdəarxasıbackend

İrəvan Azərbaycan düşmənlərini küncə sıxışdırıb – Paşinyanın Bakıya jestinin pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycanla sülh sazişini imzalamağı planlaşdırdığından onu əngəlləyəcək hər hansı bir məsələnin olmasını istəmir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında “Siyasi Menecment İnstitutu”nun (SMİ) rəhbəri Azər Qasımlı deyib.

O, Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasında siyasi didişmələrin mahiyyətini şərh edib:

“Rəsmi İrəvan çox gözəl başa düşür ki, separatçı rejimin yenidən elan edilməsi, “mühacirət hökuməti” təşkil etməsi və s. sülh sazişinə xələl gətirəcək. Bu, Azərbaycan rəhbərliyinin sülh sazişindən imtinası üçün bir səbəb olacaq.

Separatçılar Rusiya FSB-sinin nəzarəti altında olan adamlardır. Bunu biliriksə, Paşinyan detalları daha yaxşı bilər. İrəvan başa düşür ki, bu, Rusiyanın oyunudur və separatçılar onun əlində alətdir. Söhbət yalnız Qarabağdan və sülh sazişindən yox, həm də Rusiyanın bölgəyə hakim olmaq istəyindən gedir.

Hazırda separatçıların əsas məqsədi Paşinyanı devirməkdir: Paşinyan onları zərərsizləşdirməklə hakimiyyətini də qorumuş olur”.

Azər Qasımlının sözlərinə görə, qondarma rejimin buraxılmasından sonra “mühacir hökuməti”nin quruması gözlənilən idi:

“Separatçılar başa düşür ki, Azərbaycan hökuməti Ermənistandan onların təhvil verməyi tələb edəcək. Paşinyan bunu edə bilməz, çünki bu hərəkəti erməni cəmiyyətində satqınlıq kimi qiymətləndiriləcək.

Maraqlıdır ki, Araik Arutyunyan və digərləri həbs olunsa da, Şahramanyan həbs olunmadı. Məncə, onun həbsi daha vacib idi. Şahramanyan Rusiyanın yeni oyunudur. Onun əli ilə münasibətləri gərginlikdə saxlayır və sülh sazişinin imzalanmasını gecikdirirlər”.