İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir – Mirzoyanbackend

İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir – Mirzoyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi məsələlərdə konkret nəticələr, bəzilərində razılıq əldə etmək perspektivləri var.

NOCOMMENT.az xəbər verir ki, bunu Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir. “Lakin tərəflərin mövqelərinin hələ də uzaq olduğu problemlər var”, – Mirzoyan bildirib.

Qeyd edək ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilir.