İrəvan: Bu məsələni Bakı ilə müzakirə edirikbackend

İrəvan: Bu məsələni Bakı ilə müzakirə edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycanın milli təhlükəsizlik idarələrinin rəhbərləri əsirlərin məsələsinin həlli ilə bağlı mütəmadi olaraq görüş keçirirlər.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini Stepan Melkonyan deyib.

“Son dəfə yəqin ki, onlar bir ay əvvəl görüşüblər. Bu o demək deyil ki, onların arasında əlaqə yoxdur. Birbaşa görüşlərdən başqa telefon əlaqəsi də mövcuddur”, – deyə o bildirib.