İrəvan ehtiyatda olan hərbçiləri orduya niyə çağırdı?backend

İrəvan ehtiyatda olan hərbçiləri orduya niyə çağırdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycanla yenidən müharibə etmək üçün kifayət qədər hərbi qüvvəsi yoxdur. Bu mənada 25 avqust tarixində keçiriləcək üçaylıq hərbi-təlim toplantısı heç bir halda rəsmi İrəvanın yeni bir müharibəyə hazırlığı kimi qiymətləndirilə bilməz.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a siyasi şərhçi Teymur Qasımlı Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq hərbi-təlim toplantısı haqda qərarı şərh edərkən deyib.

“Bundan öncə də bənzər şəkildə Ermənistan ordusunda ehtiyatda olan hərbçilər üçün hərbi-təlim adı altında çağırış elan olunmuşdu. Lakin gözlənilənin əksinə, bu çağırışa maraq elə də çox olmadı.

Ümumiyyətlə Ermənistan ordusu hazırda yeni bir müharibəyə girəcək qüdrətdə deyil. Xüsusilə də ölkədə səfərbərliyə cəlb ediləcək canlı qüvvə problemi hələ də aktualdır”, – deyə politoloq bildirib.