İrəvan elan etdi: Razılıq verdik, demarkasiya başlayırbackend

İrəvan elan etdi: Razılıq verdik, demarkasiya başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demarkasiya prosesinə hazırlıq sıfır nöqtəsindən başlayacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan prosesin başlanmasına razılıq verib. Köçəryan Moskvadan daxil olan təklifin detallarını da açıqlamayıb.

Hakim Mülki Müqavilə fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, Ermənistan prosesi müvafiq komissiya formasında və birbaşa (vasitəçisiz) başlamağa hazırdır: “Amma yalnız müəyyən texniki məsələlərdə müqavilə imzalandıqdan sonra. Ermənistan artıq Rusiyanın təklifini qəbul etməsi barədə cavabını yazılı şəkildə Moskvaya göndərib. Söhbət hazırlıq işinin başlamasından gedir”.