İrəvan hərəkətə keçdi: Robert Köçəryan və onların tərəfdarları…backend

İrəvan hərəkətə keçdi: Robert Köçəryan və onların tərəfdarları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkədə “Daşnaksütyun”, Robert Köçəryan və onların tərəfdarlarının dövrü birdəfəlik bağlanacaq. Bu bəyanat siyasət meydanında ciddi səs-küy yaradıb və ölkədəki güc balansına dair suallar doğurur. Bəzi ekspertlər isə ümumiyyətlə prosesin Ermənistan üçün ciddi təhlükə ehtiva etdiyini düşünür.

Bu ritorika real siyasi nəticələrə əsaslanacaqmı, yoxsa sadəcə bəyanat səviyyəsində qalacaq?

Asif Nərimanlı

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan hakimiyyətinin revanşist qüvvələri Köçəryan və daşnakları siyasi meydandan silmək istəyi, bu haqda dedikləri ritorika deyil:

“Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda “dördüncü respublika”nı elan edib və yeni dövrün reallıqları revanşizm ideyalarından çıxış edən qüvvələrin sıradan çıxarılmasını şərtləndirir. Əks təqdirdə, Paşinyanın “dördüncü respublika” planı baş tutmayacaq, yaxud yarımçıq olacaq. Simonyan da daxil olmaqla Paşinyan komandasının revanşistlərə qarşı hazırda səsləndirdikləri fikirlər hakimiyyətin planlarından qaynaqlanır.

İlk növbədə Paşinyan hakimiyyəti növbəti seçkidə bu qüvvələrin parlamentdə düşməsinin qarşısını almağa çalışacaq, bununla yanaşı, revanşizm mövqeyindən çıxış edənlərin həbs edilməsi və digər addımlar ata bilərlər. Qarşıdakı dövrdə daha kəskin mübarizənin şahidi olacağıq”.

Siyasi şərhçi qeyd edib ki, Paşinyan hakimiyyətinin buna nail olub-olmayacağı hələ də sual altındadır:

“Çünki məsələ təkcə Köçəryan, yaxud daşnaklardan ibarət deyil. Erməni diasporu, kilsə, keçmiş klan daxil olmaqla revanşizm Ermənistan siyasətində kök salıb, cəmiyyətdə də müəyyən dəstəkləri var. Paşinyanın sülhə əsaslanan “dördüncü respublika” ideyası ermənilər üçün yeni istiqamətdir. Hakimiyyət inzibati resurslardan, eləcə də regionda sülhün əldə edilməsində maraqlı qüvvələrin dəstəyi ilə addımlarını atmağa davam edəcək, lakin qarşı tərəfin asanlıqla təslim olacağını demək çətindir. Bütün bunlar Ermənistanda kəskin siyasi toqquşmanın olacağı gözləntisini artırır”- A. Nərmanlı deyib.

Atilla Rzasoy